“Winter Run" fevralın 19-da İstanbulda keçiriləcək

  • 13:49 - 25 Yanvar

Fevralın 19-da İstanbul milli atlet Batuhan Eruyğunun təşkilatçılığı ilə “Winter Run İstanbul”a ev sahibliyi edəcək. 

Avropa.info-nun məlumatına görə, Eruyğun “Anadolu”ya müsahibəsində bildirib ki, “Winter Run İstanbul” Türkiyədə ilk dəfə keçirilir. 

“Avropada uzun illərdir ki, müxtəlif məqsədlər üçün belə yarışlar keçirilir. Məqsədlərdən biri də böyük ianə toplamaqdır”. 

Eruğunun sözlərinə görə, yarış 10 km məsafədə keçiriləcək. 

“Fevralın 18-də uşaqlar üçün pulsuz qaçış təşkil olunacaq. Sponsorlarımız müxtəlif hədiyyələr paylayacaqlar”, - deyə o bildirib. 

Fevralın 19-da Şaşkınbaqqalada "Winter Run İstanbul" başlayacaq.


Oxunma sayı: 4401

Oxşar yazılar