Vergi borcu olanlara ŞAD XƏBƏR: Bankda hesab aça biləcəklər - FOTO

  • 12:04 - 25 Yanvar

Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 Vergi borcu olanlara şad xəbər

O qeyd edib ki, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb. “Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib", - deyə o qeyd edib.

Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır", - deyə V.Bayramov əlavə edib.


Oxunma sayı: 3345

Oxşar yazılar