Hulusi Akar: İraqda "Pençe-Kilit" əməliyyatı başlayandan 500-dən çox terrorçu məhv edilib

  • 14:10 - 24 Yanvar

"Pençe-Kilit" əməliyyatı başlayandan (2022-ci ilin aprel ayının sonundan - red.) Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 506 terrorçunu zərərsizləşdirib. Türkiyə-İraq sərhədinin 302 km-lik hissəsində təhlükəsizlik təmin edilib. İraqın Zap bölgəsinin də böyük hissəsi terrorçulardan təmizlənib. 

Avropa.info xəbər verir ki, bu barədə yanvarın 24-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib. 

Müdafiə naziri Türkiyənin İraq və Suriya da daxil olmaqla bütün qonşu dövlətlərin sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bir daha vurğulayıb. 

Onun sözlərinə görə, İraqın şimalındakı "Pençe-Kilit" əməliyyatı zonasında 600-ə qədər terrorçu sığınacaq məhv edilib, 2000-dən çox mina və əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Türkiyə ordusu 1174 silah və 533275 sursat ələ keçirib. 


Oxunma sayı: 727

Oxşar yazılar