Rus komandir bütün Qərbin Rusiyaya qarşı olduğunu AÇIQLADI: "Müasir tarixdə heç vaxt belə şiddətli qarşıdurma yaşamadıq"

  • 13:18 - 24 Yanvar

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bütün Qərbin Rusiya ordusuna Ukraynadakı müharibədə qarşı çıxdığını və bu ölkənin müasir tarixində heç vaxt belə şiddətli münaqişələr yaşamadığını deyib.

Avropa.info xəbər verir ki, Gerasimovun sözlərinə görə, müasir Rusiya heç vaxt belə yüksək səviyyəli və şiddətli münaqişələrlə üzləşməyib. "Bu gün demək olar ki, bütün kollektiv Qərb ölkəmizə və ordumuza qarşı çıxır”, - deyə o bildirib. 

Vəziyyəti sabitləşdirmək, yeni bölgələri qorumaq və hücuma keçmək üçün qismən səfərbərlik həyata keçirdiklərini deyən Baş Qərargah rəisi İkinci Dünya Müharibəsindən sonra belə addımların atılmadığını xatırladıb. 

Rusiya prezidenti Vladimir Putinin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün lazımi tədbirləri gördüklərini qeyd edən Gerasimov, mövcud hərbi təhdidləri nəzərə alaraq Rusiyanın təhlükəsizliyini təmin etməyə davam etdiklərini bildirib. 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Aİ ölkələri Ukraynaya 7-ci hərbi dəstək paketi ilə bağlı razılığa gəliblər. 

Borrell 500 milyon avroluq əlavə büdcə ilə AB yardımı ilə ümumilikdə 49 milyard avroluq AB dəstəyinə çatıldığını bildirib. Ukraynaya bu yardımlarla ən çox vəsait verən strukturun Aİ olduğunu bildirən Borrell, Ukraynanın ərazi bütövlüyü və özünümüdafiə hüquqlarına sadiq olduqlarını, lakin Rusiyanın indiyə qədər dürüst və yaşaya bilən sülh yanaşması sərgiləmədiyini bildirib.


Oxunma sayı: 903

Oxşar yazılar