BMT-nin baş katibi Əfqanıstanda qadınların təhsilinə qoyulan qadağanı aradan qaldırmağa ÇAĞIRDI

  • 12:31 - 24 Yanvar

BMT-nin baş katibi Antonio Quterreş "Taliban" hökumətini Əfqanıstanda qadınların universitet, orta və liseylərdə oxumasına qoyulan qadağanı aradan qaldırmağa çağırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Quterreş bütün dünyada 24 yanvarda qeyd olunan Təhsil Günü münasibəti ilə "Tvitter"də yazıb. 

“Təhsilə maneələr yaradan bütün ayrı-seçkilik qanunlarına və təcrübələrinə son qoymağın vaxtıdır. Mən "Taliban"ı Əfqanıstanda qızların və qadınların orta və ali təhsilə çıxışına qoyulan hədsiz və dağıdıcı qadağanı aradan qaldırmağa çağırıram”, - deyə o qeyd edib. 

Dekabrın əvvəlində 2021-ci ilin yayından Əfqanıstana faktiki nəzarət edən Taliban ölkədə qadınların təhsilini tamamilə qadağan etməyə çağırıb.


Oxunma sayı: 694

Oxşar yazılar