İranda hərbçilərə SİLAHLI HÜCUM: 2 nəfər öldü, bir nəfər yaralandı

  • 12:24 - 24 Yanvar

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 2 hərbçi həlak olub, bir hərbçi yaralanıb. 

Avropa.info bildirir ki, İSNA agentliyinin məlumatına görə, hadisə barədə Sistan-Bəlucistan Polis İdarəsinin rəisi Məhəmməd Qənbəri məlumat verib. 

Onun sözlərinə görə, hadisə Bempur rayonunda baş verib, naməlum şəxslər ərazidə patrul xidməti aparan hərbçilərə hücum ediblər. 

Onun sözlərinə görə, iki hərbçi həlak olub, bir nəfər isə yaralanıb. 

Qənbərinin sözlərinə görə, cinayətkarların tutulması üçün tədbirlər görülür, onların şəxsiyyəti hələ müəyyən edilməyib.


Oxunma sayı: 749

Oxşar yazılar