Latviya Rusiya səfirindən fevralın 24-dək ölkəni tərk etməyi TƏLƏB ETDİ

  • 13:29 - 24 Yanvar

Rusiyanın Latviyadakı səfiri Aleksandr Vanin fevralın 24-dək ölkəni tərk etməli olacaq. 

Avropa.info xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Rusiya səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviya Respublikasının Rusiyadakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək”, - nazirliyin məlumatında deyilir. 

Bundan əvvəl Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacağını açıqlamışdı. 

Bu barədə bazar ertəsi respublikanın xarici işlər naziri Edqars Rinkeviç öz "Tvitter" səhifəsində məlumat verib. 

“Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq və Rusiyadan buna uyğun hərəkət etməyi tələb edəcək”, - deyə məlumatda bildirilir. Belə tədbirlərin görülməsinə səbəb Ukraynadakı vəziyyətdir. 

O da qeyd olunur ki, Latviya Xarici İşlər Nazirliyi Estoniya ilə həmrəylik əlaməti olaraq belə bir qərar qəbul edib.


Oxunma sayı: 2773

Oxşar yazılar