Rusiya Ukraynada genişmiqyaslı hücuma hazırlaşır: Avropa hərbi texnika və sursatı təcili çatdırarsa... - ŞƏRH

  • 12:31 - 24 Yanvar

Avropa İttifaqının rəhbəri Şarl Mişel bildirib ki, yaxın həftələr Ukrayna savaşında həlledici olacaq. Mişel haqlıdır. Rusiya genişmiqyaslı hücuma hazırlaşır. 

Avropa.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O hesab edir ki, əgər Qərb ölkələri vəd etdikləri hərbi texnikanı Ukraynaya çatdırmaqda gecikərlərsə, işğalçılar irəliləyə bilərlər: 

"Əksinə, hərbi texnika və sursat Kiyevə yaxın günlərdə çatdırlarsa, Ukrayna ordusunun müqavimət gücü artacaq. Ancaq Fransa və Almaniyanın timsalında hərbi texnikanın Ukraynaya yaxın günlərdə çatdırılacağı şübhə doğurur". 

Elxan Şahinoğlunun sözlərinə görə, Fransa daha çox Afrikadakı keçmiş müstəmləkəsi olan Burkino-Faso haqqında düşünür ki, bu ölkədəki hərbi varlığını davam etdirsin. "Çünki Afrika ölkələrindən sovurmağa mənbələr çoxdur, Ukraynaya isə yardım əli uzadılmalıdır. Fransa isə “alan” ələ öyrəşib, - deyə o bildirib.

Qeyd edək ki, Avropa Şurasının rəhbəri Şarl Mişel növbəti iki-üç həftə Ukrayna ətrafında hadisələrin gələcək inkişafını müəyyən edəcəyini deyib. 

Bu fikri Avropa Şurasının rəhbəri Şarl Mişel bazar ertəsi İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib. 

"Növbəti həftələr, iki və ya üç həftə müharibə və sülh üçün həlledicidir. 2023-cü ildə baş verənlər və qarşıdakı həftələrdən çox şey asılıdır, gələcəyimizi müəyyən edəcək", - deyə Mişel bildirib. 

Bununla bağlı Avropa Şurasının rəhbəri Ukraynanı dəstəkləməyə və Kiyevə lazımi yardımı göstərməyə davam etməyə çağırıb.


Oxunma sayı: 716

Oxşar yazılar