Əlcəzairdə hərbi helikopter qəzaya uğradı - 3 nəfər həlak oldu - FOTO

  • 10:09 - 24 Yanvar

Əlcəzair Müdafiə Nazirliyindən verilən açıqlamada, Ayn əl Defla əyalətində təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 əsgərin həyatını itirdiyi bildirilib. 

Avropa.info bildirir ki, Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Mİ-171 tipli hərbi helikopterin Ayn Defla şəhərinin əl-Ataf bölgəsində planlı təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib. 

Vertolyotun göyərtəsində olan 3 hərbi ekipaj üzvünün həyatını itirdiyi vurğulanan açıqlamada qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib. 

Digər tərəfdən, açıqlamada Baş Qərargah rəisi Səid Şankarihanın həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verdiyi, Şankarihanın helikopter qəzası ilə bağlı araşdırma əmri verdiyi vurğulanıb. 

Qış mövsümü başlayandan bəri Əlcəzairin şimal bölgələri fırtınalı soyuq hava dalğası altındadır, bir çox şəhər və kənd yolları qar yağışı səbəbindən bağlanıb.


Oxunma sayı: 1640

Oxşar yazılar