Avropa Komissiyası İsveçi Qurani-Kərimin yandırılmasına cavab verməyə ÇAĞIRDI

  • 20:20 - 23 Yanvar

İsveç hakimiyyəti paytaxt Stokholmda Quran nüsxəsinin yandırılması aktına qarşı tədbir görməlidir. 

Avropa.info xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Yohannes Barke deyib. 

Onun sözlərinə görə, bu cür hərəkətlər Avropa Birliyinin əsaslandığı dəyərlərlə bir araya sığmır. “Dəfələrlə qeyd etdiyimiz kimi, irqçilik, ksenofobiya, irqi və dini nifrətin Aİ-də yeri yoxdur. Bu, İsveç hakimiyyətinin qərar verməli və tədbir görməli olduğu məsələdir”, - Barke Brüsseldə AK nümayəndələrinin keçirdiyi brifinqdə bildirib. 

Xatırladaq ki, yanvarın 21-də Danimarkanın sağçı ekstremist Hard Deal partiyasının lideri Rasmus Paluda Türkiyənin Stokholmdakı səfirliyinin divarları qarşısında anti-islam təxribatı həyata keçirib. Radikal müsəlmanlar üçün müqəddəs kitab olan Quranı açıq şəkildə yandırıb. 

İsveç hakimiyyətinin hərəkətlərinə cavab olaraq Ankara İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə gözlənilən səfərini ləğv edib. 

İsveçin Ankaradakı səfiri Staffan Hörström Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı aksiya keçirmək üçün İsveç hakimiyyətinin icazə verməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz edilib. 

Ölkə hökuməti ilə yanaşı, İsveçdə Quranın yandırılmasını və Türkiyənin aparıcı müxalifət partiyaları da qınayıb. 

İsveç hakimiyyətinin Qurana hörmətsizlik aktının həyata keçirilməsinə icazə verməsi bir çox İslam ölkələrinin kəskin mənfi reaksiyasına səbəb olub.


Oxunma sayı: 892

Oxşar yazılar