DİM bakalavrlara müraciət etdi

  • 15:29 - 23 Yanvar

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Avropa.info-ya verilən xəbərə görə, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Qeyd: Bu sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, 19 fevral 2023-cü ildə keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.


Oxunma sayı: 694

Oxşar yazılar