Xarici işlər naziri dünyaya belə səsləndi: "Onlar bizi məhv etmədən, biz onları məhv etməliyik"

  • 21:37 - 22 Yanvar

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bütün dünyada nüvə silahlarının ləğv edilməsinə çağırıb. 

Avropa.info xəbər verir ki, nazir 22 yanvar 2021-ci ildə Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi (NPT) qüvvəyə minməsinin ikinci ildönümü münasibətilə deyib. 

“Bu silahlar mövcud olduqları müddətdə hər kəs üçün təhlükə yaratmağa davam edəcək. Nüvə silahları bizi məhv etməzdən əvvəl biz onları məhv etməliyik”, - deyə o bildirib.

Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, o, nüvə silahının çəkindirici gücü konsepsiyasını kökündən səhv hesab edir. 

Nazir əmindir ki, nüvə silahı hamı üçün təhlükə yaradan qorxu faktorudur. 

Şallenberq onu da qeyd edib ki, nüvə şantajını çox təhlükəli hesab edir, onun fikrincə, bu, mənəvi baxımdan qəbuledilməzdir, başqalarının fəaliyyət azadlığını məhdudlaşdırır və açıq şəkildə beynəlxalq hüquqa ziddir. 

Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini 50 ölkə ratifikasiya edib. 22 yanvar 2021-ci ildə qüvvəyə minib. 

Sənədin mətninə uyğun olaraq, onun iştirakçıları “heç vaxt və heç bir halda” nüvə silahını inkişaf etdirməyi, sınaqdan keçirməyi, istehsal etməyi və ya ehtiyatı saxlamağı, habelə ondan istifadə etməməyi və ya istifadə etməklə hədələməməyi öhdələrinə götürürlər. 

Razılaşmaya qoşulmuş ölkələrə də öz ərazilərində başqa dövlətlərin nüvə silahlarını yerləşdirmək qadağan olunacaq. 

Müqavilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail kimi nüvə arsenalına malik ölkələr tərəfindən imzalanmayıb.


Oxunma sayı: 1024

Oxşar yazılar