“Qəbələ”nin oyununda əlbəyaxa dava - VİDEO

  • 18:21 - 16 Yanvar

“Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın “Teplitse” komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

Avropa.info “report”a istinadən xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyünü görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Oxunma sayı: 2267

Oxşar yazılar