Kadidən "Qarabağ"dan getməsi ilə bağlı MÜƏMMALI AÇIQLAMA - FOTO

  • 08:52 - 16 Yanvar

"Qarabağ"dan ayrılan braziliyalı Kadi Borgesin Rusiya "Krasnodar"ına keçidi rəsmiləşib.

Avropa.info-nun məlumatına görə, 26 yaşlı braziliyalı "Qarabağ" klubu, azarkeşləri və futbol icytimaiyyəti ilə vidalaşıb.

Kadi şəxsi instaqram səhifəsində klubdan ayrılması ilə bağlı diqqətçəkən qeydlər edib və mətbuatda yazılanlara inanmamağı istəyib:

"Hər şey bir gün bitdiyi üçün başqa bir mərhələ bağlanır, demək istədiyim hər şeyi yazsam, sətirlər əskik olacaq. Çünki Azərbaycanda yaşadıqlarım indiyə qədər həyatımda ən çılğın və ən gözəl şeylərdən biri idi.

Klub üçün mübarizə apardığım dövrlərdə mənə verdiyi hər şeyə, günü-gündən yanımda olan oyunçuların hər birinə və mənə kömək edən bütün heyətə ürəkdən təşəkkürümü bildirirəm. İstisnasız olaraq hər birinizə gələn Kadini yeni Kadiyə çevirməyi bacardığınız üçün təşəkkür edirəm.

Klubdan 74 oyunda 28 qol, 28 məhsuldar ötürmə, premyer liqa çempionu, kubok çempionu, ən yaxşı bombardir və mövsümün ən yaxşı oyunçusu kimi ayrılıram.
Təsəvvür etmədiyim şəkildə məni qucaqlayan azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm, siz bizim həyatımızda bənzərsiz idiniz, həyat yoldaşım və mən sizinlə yaşadığımız hər anı bizim evimizdə xüsusi bir yerdə yaşayacağıq.

Bu gün karyeramda yeni bir çağırışa və fəsilə keçirəm, hər gün məni təəccübləndirdiyi üçün Allaha şükür edirəm, onsuz bunların heç birinin mümkün olmadığına əmin ola bilərəm.

“Qarabağ”a, heyətinə, oyunçularına və azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm, hamınıza uğurlar arzulayıram. Yenidən görüşmək üzrə, vida olmayacaq. Sevgi ilə Kadi. Nuş olsun!

Mənim getməyimlə bağlı mediada gedənlərə inanmayın. Bir gün hər şeyi izah edəcəyəm və sizə əslində nə baş verdiyini danışacağam".


Oxunma sayı: 6942

Oxşar yazılar