Rəsmən AÇIQLANDI: Ronaldo və Messi yenidən rəqib olacaq

  • 17:35 - 09 Yanvar

Fransanın PSJ komandası yanvarın 19-da Ronaldonun yeni komandasının "Ən-Nəsr" və "Əl-Hilal"ın ən yaxşı 11-liyi ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Messi və Ronaldo 2020-ci ilin dekabrından bəri ilk dəfə görüşəcəklər. 

Kriştiano Ronaldo "Ən-Nəsr"ə transfer olunduqdan sonra ilk matçını illərdir fərdi şəkildə mübarizə apardığı Lionel Messinin komandası PSJ-yə qarşı keçirəcək. 

Portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı Pro Liqasında xarici məhdudiyyət səbəbindən hələ də komandasında oynamayıb. Kriştiana Ronaldo yanvarın 19-da PSJ - "Ən-Nəsr" və "Əl-Hilal" komandaları arasında keçiriləcək matçda meydana çıxacaq. 

"Ən-Nəsr"in baş məşqçisi Rudi Qarsiya deyib ki, Ronaldo debütünü "Əl-Hilal" və "Ən-Nəsr" komandalarının Paris Saint-Germain ilə yoldaşlıq oyununda edəcək. dedi. 

Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanında ilk oyununda Lionel Messi ilə qarşılaşacaq. Bu qarşılaşmanın iki komanda arasındakı rəqabətdə son qarşılaşma olacağı təxmin edilir.


Oxunma sayı: 8603

Oxşar yazılar