Türkiyədən Suriyanın şimalında daha bir uğurlu ƏMƏLİYYAT: 13 İŞİD, 5 PKK terrorçusu ələ keçirildi – FOTO

  • 23:16 - 04 Dekabr

Suriyanın şimalındakı Cerablus və Əl-Bab bölgələrində keçirilən əməliyyatlar nəticəsində 13 İŞİD, 5 PKK terrorçusu ələ keçirilib. 

Avropa.info xəbər verir ki, bu barədə bazar günü, dekabrın 4-də Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Yaxalanan terrorçular arasında İŞİD-in maliyyə əməliyyatlarından "məsul" olduğu ifadə edilib. 

Bildirilib ki, tutulan terrorçular təbliğat, işə götürmə və kəşfiyyat toplama ilə yanaşı, həm də hücumlar hazırlayırdılar. 

Şübhəlilərin yaşadıqları ünvanlara baxış zamanı evdə hazırlanmış 10 kq partlayıcı maddə, elektron lövhələr, 1 ədəd Kalaşnikov avtomatı, 1 ədəd tapança və 253 ədəd tüfəng darağı aşkar edilib.

МВД Турции: на севере Сирии схвачены 18 террористов ДЕАШ и PKK

Oxunma sayı: 2916

Oxşar yazılar