Rusiya neftinin qiymət həddi müəyyən olundu

  • 11:42 - 03 Dekabr

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılaşıblar.

Avropa.info Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"G7 və digər tərəfdaşlarla razılaşdırılan Aİ-nin neft həddi haqqında saziş Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq", - deyə o bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, "bu, bizə enerji daşıyıcılarının dünya qiymətlərini sabitləşdirməyə kömək edəcək və bu, bütün dünyada inkişaf etməkdə olan iqtisadiyyatlara fayda verəcək".


Oxunma sayı: 2652

Oxşar yazılar