Makron yaxın günlərdə Putinlə görüşmək istəyir

  • 22:33 - 02 Dekabr

Fransa prezidenti Emmanuel Makron yaxın bir neçə gün ərzində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını deyib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Makron bu barədə ABC News-a müsahibəsində bildirib.

Amma Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Makronla danışıqların aparılması məsələsi hələlik Putinin planında yoxdur.

Xatırladaq ki, dünən Fransa və ABŞ prezidentlərinin Vaşinqtonda görüşü keçirilib. Bundan sonra Makron və Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyib, həmçinin Kiyevə hava hücumundan müdafiə sistemləri verməyə hazır olduqlarını bildiriblər.


Oxunma sayı: 3103

Oxşar yazılar