Gürcüstanın eks-prezidentinin “ölüm və həyat məsələsi” həll olunur – Saakişvilinin anasından ÇAĞIRIŞ

  • 13:48 - 02 Dekabr

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili daha respublikanın siyasi həyatında iştirak etmək fikrində deyil. Onun vəziyyəti pisləşir, Saakaşvili isə onun mümkün zəhərlənməsinə görə Gürcüstan hakimiyyətini günahlandırmır. 

Avropa.info xəbər verir ki, bu sözləri siyasətçinin anası Giuli Alasania Saakaşvilinin Facebook səhifəsində yazıb. 

“Biz öz fikrimizə aydınlıq gətirmək istəyirik: Mixail Saakaşvili onun mümkün zəhərlənməsinə görə Gürcüstan hakimiyyətini günahlandırmır”, - məlumatda deyilir. 

Siyasətçinin anası Saakaşvilinin səhhəti ilə bağlı mövzunu siyasiləşdirməkdən çəkinməyə çağırıb. O qeyd edib ki, hazırda Gürcüstanın eks-prezidentinin “ölüm və həyat məsələsi” həll olunur. Giuli Alasania əlavə edib ki, siyasətçinin vəziyyəti getdikcə pisləşir. Onun sözlərinə görə, Saakaşvili artıq ölkənin siyasi həyatında iştirak etmək niyyətində deyil. 

Noyabrın 28-də siyasətçinin vəkili Şalva Xaçapuridze Saakaşvilinin bədənində arsen izlərinin tapıldığını bildirib. 

Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb.


Oxunma sayı: 3598

Oxşar yazılar