BMT Baş Assambleyasında Fələstinlə bağlı QƏTNAMƏ – HƏMAS qətnaməni alqışlayır

  • 13:44 - 02 Dekabr

HƏMAS BMT Baş Assambleyasında "Nəkbə"nin 75-ci ildönümünün qeyd edilməsi ilə bağlı qətnamənin qəbul edilməsindən razıdır. 

Avropa.info xəbər verir ki, bu barədə Fələstin hərəkatının rəsmi nümayəndəsi Cihad Taha məlumat verib. 

Onun sözlərinə görə, HƏMAS BMT Baş Assambleyası tərəfindən İsrailin beynəlxalq hüquqa uyğun olmayan və işğal olunmuş Fələstin ərazilərinin statusu, xarakteri və demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş istənilən fəaliyyətinin dayandırılmasını tələb edən qətnamənin qəbul edilməsini alqışlayır. 

Taha qeyd edib ki, BMT-nin sözügedən qətnaməsi Fələstin xalqının öz torpaqlarından deportasiyası ilə nəticələnən faciəni, eləcə də bu deportasiya nəticəsində bir çox fələstinlinin qaçqın vəziyyətinə düşməsini tanıyır. 

Hərəkat nümayəndəsi qətnaməyə "hə" deyən ölkələrə təşəkkür edib və dünya ictimaiyyətini İsrail işğalına son qoymağa və Fələstin xalqının mübarizəsinə dəstək verməyə çağırıb. 

BMT Baş Assambleyasının noyabrın 30-da keçirilən sessiyasında Fələstin-İsrail münaqişəsi və Yaxın Şərqlə bağlı beş qətnamə layihəsi qəbul edilib. 

O cümlədən, İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinin statusu, xarakteri və demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş istənilən fəaliyyətin dayandırılması ilə bağlı qətnamə layihəsi də təsdiq edilib. 

Baş Assambleya İsrailin bütün məskunlaşma fəaliyyətlərini, torpaqların müsadirəsini və evlərin sökülməsini dayandırmalı olduğunu vurğulayıb və onu əsassız həbs və həbsləri dayandırmağa çağırıb. 

Qeyd edək ki, 153 ölkə sənədin “lehinə”, 9 ölkə “əleyhinə” səs verib. Qərar xüsusilə Kanada, Macarıstan, İsrail, Liberiya, Marşal adaları, Mikroneziya, Nauru, Palau və ABŞ tərəfindən dəstəklənməyib.


Oxunma sayı: 2861

Oxşar yazılar