Həbsdə olan təbrizli qızın həyatı təhlükədədir

  • 17:35 - 02 Dekabr

İranda etirazlar zamanı hökumət qüvvələri tərəfindən oğurlanaraq Vəramin şəhərindəki Qərçəq həbsxanasına aparılan 23 yaşlı azərbaycanlı qız Roşənək Mövlayi indi naməlum yerə köçürülüb.

Avropa.info xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, bir neçə gündür ki, təhlükəsizlik qüvvələri onu həbsxanadan qaçıraraq naməlum yerə köçürüblər. 

Qeyd edək ki, Roşənək Mövlayi əslən Təbrizdəndir.


Oxunma sayı: 4027

Oxşar yazılar