MİT-dən Suriyanın şimalında daha bir uğurlu ƏMƏLİYYAT: YPG terrorçularının "liderlərindən" biri də MƏHV EDİLDİ – FOTO

  • 13:26 - 02 Dekabr

Türkiyə xüsusi xidmət orqanları Suriyanın şimalında xüsusi təhlükəli terrorçu YPG-ni (PKK-nın Suriya qanadı – red.) “Kemal Pir” kod adlı İbrahim Məhəmməd Nasiri zərərsizləşdirib. 

Avropa.info xəbər verir ki, Ankaradakı təhlükəsizlik mənbələri Nasirin Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən diqqətlə planlaşdırılmış əməliyyat nəticəsində zərərsizləşdirildiyini bildirib. 

"Kemal Pir” Suriyanın Təl-Təmir bölgəsində YPG/PKK birləşmələrinin əməllərinə görə “məsul” hesab edilib. 

Bildirilir ki, İbrahim Nasir Suriya əsilli idi və bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin “Barış pınarı” antiterror əməliyyatı zonasına hücumlarla hədələyərək bölgəyə yaxşı bələd idi. 

Terrorçu Suriyanın şimalında terror aktlarının təşkilində fəal rol oynayıb. Onun tabeliyində olan terrorçular “Barış pınarı” əməliyyatı zonasında tez-tez təxribatlar törədirdilər. 

MİT əməkdaşları Nəsirin addımlarını izləyib və onu aradan qaldırmaq üçün əməliyyat hazırlayıblar.

Спецслужбы Турции ликвидировали одного из главарей террористов YPG в Сирии

Oxunma sayı: 3785

Oxşar yazılar