Rusiyanın MiQ-31 qırıcı təyyarəsi qəzaya UĞRADI

  • 12:31 - 02 Dekabr

Rusiyanın MiQ-31 qırıcı təyyarəsi Primorsk diyarında qəzaya uğrayıb. 

Avropa.info bildirir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, MiQ-31 havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarə Alekseevka kəndi yaxınlığındakı meşəyə düşüb. Ekipaj paraşütlə atılıb. 

Pilotların vəziyyəti araşdırılır. "İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur”, - deyə fövqəladə hallar xidməti əlavə edib. 

Hadisə ilə bağlı məlumatı Şərq Hərbi Dairəsinin mətbuat xidməti də təsdiqləyib. 

“Dekabrın 2-də Primorsk diyarında planlaşdırılmış təlim uçuşu zamanı MiQ-31 təyyarəsi qəzaya uğradı. Ekipaj atıldı”, - mətbuat xidməti bildirib. 

Rayondan verilən məlumata görə, hadisə yerinə axtarış-xilasetmə xidmətinin Mi-8 helikopterləri göndərilib. “Uçuş sursatsız həyata keçirilib. Təyyarə boş yerə düşüb, yerdə dağıntı yoxdur. İlkin məlumata görə, hadisəyə səbəb texniki nasazlıq ola bilər”, - deyə onlar əlavə ediblər.


Oxunma sayı: 4390

Oxşar yazılar