ABŞ "Vaqner"i terror təşkilatı kimi tanıya bilər – Senatorlar qanun layihəsi TƏQDİM ETDİ

  • 12:23 - 02 Dekabr

ABŞ senatorları cümə axşamı ABŞ Dövlət Departamentindən Vaqnerin özəl hərbi şirkətini (PMC) xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər. 

Avropa.info xəbər verir ki, senator Rocer Uikerin saytında dərc olunan məlumatda  qeyd edildiyi kimi, Nümayəndələr Palatasında da analoji təşəbbüsə baxılacaq. 

"ABŞ senatorları Roger Vicker, R-Mississipi və Ben Cardin, D-Maryland, bu gün Dövlət Departamentinin Rusiyada yerləşən Vaqner PMC-ni xarici terror təşkilatı kimi təyin etməsini tələb edən ikitərəfli qanunvericilik olan Rusiya Muzdluların Hesabatlılığı Aktını təqdim etdilər”, - məlumatda deyilir. 

Senatorların təklif etdiyi qanun layihəsində həmçinin “Vaqner PMC-yə və ya onun varislərinə bağlı olan istənilən strukturların” xarici terror təşkilatları elan edilməsi təklif edilir.


Oxunma sayı: 2960

Oxşar yazılar