Səbuhi Abbasov Moskvada mühüm beynəlxalq Forumda iştirak edəcək

  • 12:09 - 02 Dekabr

7NEWS.az saytının rəhbəri, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov 4-8 dekabr tarixlərində Moskva şəhərində reallaşacaq Beynəlxalq Vətəndaş İştirakçılığı Forumunda iştirak edəcək. 

Avropa.info bildirir ki, Forum ənənəvi olaraq hər il dekabrın 5-də qeyd olunan Beynəlxalq Könüllülər Gününə təsadüf edəcək. Forumda Rusiyadan və 30-dan çox ölkədən 10 min nəfər iştirak edəcək.

Forumun məqsədi qeyri-kommersiya təşkilatları, biznes və jurnalistika nümayəndələri arasından əlaqələr yaratmaq, ünsiyyəti asanlaşdırmaq və birgə layihələrin reallaşdırmaqdan ibarətdir. Tədbirin proqramına panel müzakirələri, tematik ekspert sessiyaları, həmçinin könüllülər və xeyriyyə tədbirləri daxildir. Xüsusilə MDB məkanında könüllülüyün inkişafı ilə bağlı xüsusi panel müzakirəsi nəzərdə tutulub.


Oxunma sayı: 3026

Oxşar yazılar