Ukraynaya ikinci bombalı zərf: Hərəkətə keçildi – Partlayıcı qurğu silah zavoduna necə GÖNDƏRİLİB

  • 14:22 - 01 Dekabr

İspaniyada Ukraynanın ehtiyacları üçün silah istehsal edən bir müdafiə şirkəti Ukraynanın Madriddəki səfirliyi ilə eyni gündə partlayıcı qurğunu poçtla alıb. 

Avropa.info xəbər verir ki, İspaniya polisinin məlumatına görə, şübhəli paket yerli vaxtla saat 19.00-da Saraqosadakı "İnstalaza" adlı silah zavoduna çatıb. 

Şirkətin işçiləri paketi açmamışdan əvvəl polisə müraciət ediblər. Paketin içərisində kiçik bir partlayıcı qurğu olub ki, onu açanda partlayacaqdı. 

"İnstalaza" İspaniyanın Ukraynaya tədarük etdiyi C30 əl tipli tank əleyhinə qumbaraatanları, pulemyotları və onlar üçün sursat istehsal edir. 

Polis eyni gündə Ukraynanın Madriddəki səfirliyinə göndərilən iki bomba paketi ilə silah istehsalı müəssisəsi arasında əlaqənin olduğuna inanır. 

Xatırladaq ki, çərşənbə günü Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, bir nəfər yaralanıb. 

Ötən gün Ukraynanın Madriddəki səfirliyinə göndərilən zərfi açandan sonra baş verən partlayış nəticəsində səfirliyin əməkdaşı yaralanıb. 

Zərfin üzərində göndərici göstərilməsə də, onun səfir Sergey Poqoreltsevə ünvanlandığı məlum olub. 

İspaniya mətbuatına verdiyi açıqlamada Rusiyaya işarə edən Poqoreltsev “təcavüzkar ölkənin terror üsullarından xəbərdar olduğu üçün hər cür fövqəladə vəziyyətə hazır olduğunu” bildirib. 

İspaniya Daxili İşlər Nazirliyi də hadisədən sonra terror aktı xəbərdarlığı protokolunun qəbul edildiyini bildirib. 

Qava Xarici İşlər Nazirliyi Dmitri Kuleba Ukraynanın xaricdəki bütün səfirliklərinin təhlükəsizliyini təcili şəkildə gücləndirməyi tapşırıb.


Oxunma sayı: 3389

Oxşar yazılar