Futbol yarışı zamanı İZDİHAM: Komandası uduzan tərəfdarlar meydançaya töküldü – Ən azı 129 ölü, 180 yaralı (FOTO/VİDEO)

  • 19:39 - 02 Oktyabr

İndoneziyanın Yava əyalətinin Malanq şəhərində keçirilən İndoneziya liqasında "Arema" və "Persebaya Surabaya" komandaları üz-üzə gəlib. 

Avropa.info xəbər verir ki, "Arema" öz meydanında keçirdiyi görüşdə rəqibinə 3:2 hesabı ilə uduzanda meydançaya minlərlə tərəfdar tökülüb. 

Rəqib komandanın futbolçuları meydandan qaçıblar. "Arema"nın bəzi futbolçuları azarkeşlərin hücumuna məruz qalıb. 

Polis meydançaya daxil olan azarkeşlərə dəyənək və gözyaşardıcı qazla müdaxilə edib. Müdaxilədən sonra azarkeşlər meydançadan qaçmağa başlayıb. 

İlkin məlumata görə, izdihamda 129 nəfər ölüb, 180 nəfər yaralanıb. 

İndoneziya Futbol Federasiyası baş verənlərlə bağlı araşdırmalara başlayacağını açıqlayıb. 

Federasiya azarkeşlərə sərt şəkildə müdaxilə edən insan itkisinə görə təhlükəsizlik qüvvələrini məsuliyyət daşıdığını bildirib. 

Hadisədən sonra İndoneziyada oyunlar bir həftə təxirə salınıb.

Endonezya'da futbol maçında izdiham: En az 129 ölü - 1

 

Endonezya'da futbol maçında izdiham: En az 129 ölü - 2

Oxunma sayı: 8977

Oxşar yazılar