Azərbaycanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

  • 10:00 - 02 Oktyabr

Goranboy rayonunun Xan Qərvənd kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

Avropa.info “report”a istinadən xəbər verir ki, iki minik avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Belə ki, yol qəzasında ağır xəsarət alan 1991-ci il təvəllüdlü F. Orucov dünyasını dəyişib.

Daha 3 nəfər, 1989-cu il təvəllüdlü Z. Həsənov, 1991-ci il təvəllüdlü F. Novruzov və 1983-cü il təvəllüdlü F. Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Oxunma sayı: 3367

Oxşar yazılar