Ermənistanın Türkiyə qərarı PKK-nı çılğına ÇEVİRDİ: "Erməni tarixində ən böyük xəyanətdir"

  • 21:33 - 01 Oktyabr

Ermənistan 2 PKK terrorçusunu Türkiyəyə ekstradisiya etdikdən sonra terror təşkilatı PKK-nın qondarma "liderlərindən" Zaqros Hiva çılğına dönüb. Paşinyan hökumətinə etiraz edən Hiva “Bu, erməni xalqının tarixində ən böyük xəyanətdir” deyib.

Avropa.info xəbər verir ki, “El Nehar El Arabi” qəzetinə açıqlama verən Hiva, Ermənistan tərəfindən Türkiyəyə ekstradisiya edilən terrorçular Atilla Çiçək və Hüseyn Yıldırımın 2021-ci ilin noyabr ayında Avareş çayını keçmək istəyərkən erməni əsgərlər tərəfindən yaxalandığını bildirib. Hiva əlavə edib ki, Ermənistanda PKK terror təşkilatının iki üzvü 8 il həbs cəzasına məhkum edilib. 

İki PKK terrorçusunun həbsi ilə bağlı Ermənistan hökuməti ilə birbaşa əlaqəsinin olmadığını deyən Hiva, “Biz Paşinyan hökumətinin yoldaşlarımızı Türkiyə rejiminə təslim etməsini kürd xalqına qarşı xəyanət kimi deyil, erməni xalqının tarixində ən böyük xəyanət kimi qiymətləndiririk. Biz bilirik ki, erməni xalqının əsl nümayəndələri bu xəyanəti qəbul etmədilər. Bu xəyanət bizim erməni xalqı ilə münasibətlərimizə xələl gətirməyəcək", deyib. 

Qeyd edək ki, MİT sentyabrın 23-də sərhəddə keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının üzvləri Atilla Çiçək və Hüseyn Yıldırımı yaxalayaraq Türkiyəyə gətirib. PKK terror təşkilatının sentyabrın 25-də verdiyi açıqlamada 2 PKK-çının Ermənistan tərəfindən Türkiyəyə verildiyini iddia edib.


Oxunma sayı: 3895

Oxşar yazılar