Kameralar önündə NATO-ya üzvlük üçün müraciət etmişdi: ABŞ-dan Zelenskiyə gözlənilməz CAVAB

  • 13:53 - 01 Oktyabr

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sullivan qeyd edib ki, Ukraynanın NATO-ya üzvlük müraciətinə başqa vaxt baxılmalıdır və hazırda ən mühüm yardım yerdəki dəstəkdir.

Avropa.info xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ağ Evdə keçirilən gündəlik mətbuat brifinqində Ukraynanın NATO-ya üzvlüyü sürətləndirmək üçün müraciətini dəyərləndirib.

"ABŞ uzun illərdir ki, NATO-nun açıq qapı siyasətini dəstəkləyir. NATO-ya üzvlüklə bağlı qərar 30 müttəfiq və üzv olmaq istəyən ölkələr arasında qəbul edilir. Biz belə hesab edirik ki, Ukraynaya kömək etməyin ən yaxşı yolu birbaşa yerlərdə yardım etməkdir və NATO-ya üzvlük ərizəsinə başqa vaxt baxılmalıdır", - deyə o bildirib.

Sullivan həmçinin Rusiyanın Ukraynanın 4 bölgəsini ilhaq etməsini pisləyib və Ukraynaya yeni yardımın gələn həftə açıqlanacağını qeyd edib. 

Rusiya ilhaq sazişlərini ratifikasiya etdikdən sonra Ukrayna prezidenti Zelenski bildirib ki, Ukrayna sürətləndirilmiş prosedur çərçivəsində NATO-ya üzvlük üçün müraciət edəcək. NATO-nun baş katibi Stoltenberq bəyan edib ki, Ukraynanın üzvlüklə bağlı yalnız 30 NATO üzvü qərar verə bilər və üzvlük üçün yekdil səs lazımdır.


Oxunma sayı: 3081

Oxşar yazılar