ABŞ hərəkətə keçdi: Təcili Rusiya HƏMLƏSİ – Putinin böhranı qızışdıran qərarından sonra...

  • 19:02 - 30 Sentyabr

ABŞ administrasiyası Rusiyanın Ukraynanın bəzi bölgələrindəki “ilhaq” qərarını pisləyib və Rusiya Mərkəzi Bankının sədri də daxil olmaqla, yüzlərlə rusiyalı şəxs və qurumuna sanksiya tətbiq etmək qərarına gəlib.

Avropa.info xatırladır ki, Rusiya ordusunun Ukraynada ələ keçirdiyi Xerson və Zaporojye vilayətlərinin qondarma "müstəqilliyini" tanıyan fərmanları imzalamasından sonra keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyanın ilhaqını rəsmən elan edib. 

Bu prosesdən sonra ilk qərar ABŞ-dan gəlib. Vaşinqton administrasiyası Rusiyanın Ukraynanın bəzi bölgələrində “ilhaq” qərarını pisləyib və Rusiya Mərkəzi Bankının sədri də daxil olmaqla, yüzlərlə rusiyalı şəxs və qurumuna sanksiya tətbiq etmək qərarına gəlib.


Oxunma sayı: 3785

Oxşar yazılar