Ceyhun Bayramovla Ararat Mirzoyanın görüş yeri və vaxtı AÇIQLANDI

  • 18:29 - 30 Sentyabr

Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüş yeri və vaxtı məlum olub.

Avropa.info xəbər verir ki, xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.

Bu barədə məlumatı mediaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb.

Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov sonuncu dəfə sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşüblər.


Oxunma sayı: 3895

Oxşar yazılar