Tovuzda qonaqlıda güllələnən şəxs Bakıda ölüb

  • 18:35 - 22 Sentyabr

Bud nahiyəsindən güllə yarası alan şəxs xəstəxanada dünyasını dəyişib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, sağ bud nahiyyəsinin 3/1-nin güllə yarası diaqnozu ilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxs xəstəxanada həkimlərin səyinə baxmayaraq ölüb.

Ötən gecə Kliniki Tibbi Mərkəzə qəbul edilən Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərov aldığı güllə xəsarətindən ölüb. O, əməliyyat olunmadan əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, sentyabr ayının 19-u axşam saatlarında Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib. Sonuncular mübahisə edən zaman ev sahibi özünə məxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.

Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.


Oxunma sayı: 7833

Oxşar yazılar