Putin Moskvanın əsas tərəfdaşlarını SADALADI

  • 23:17 - 15 Avqust

Rusiyanın əsas tərəfdaşları Afrika, Asiya və Latın Amerikası ölkələridir. 

Avropa.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının açılışında deyib. 

“Biz çox yüksək qiymətləndiririk ki, ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri var - bunlar qondarma “hegemon” qarşısında əyilməyən dövlətlərdir. Rusiya Latın Amerikası, Afrika və Asiya dövlətləri ilə əlaqələrini səmimiyyətlə qiymətləndirir”, - deyə Rusiya lideri bildirib. 

Onun sözlərinə görə, Rusiya “hərbi-texniki əməkdaşlığın ən geniş hərtərəfli inkişafının tərəfdarıdır” ki, bu da “davamlı şəkildə inkişaf edən çoxqütblü dünya şəraitində” xüsusi əhəmiyyət kəsb edir. 

Putin çıxışında həmçinin qeyd edib ki, Rusiya silahları qərbli həmkarlarından xeyli üstündür. 

“Perspektivli Rusiya silahlarının bir çox modelləri xarici həmkarlarını illər və onilliklər qabaqlayır və performans baxımından onları əhəmiyyətli dərəcədə üstələyir. 

Putin qeyd edib ki, “söhbət yüksək dəqiqlikli silahlar və robot texnikasından, yeni fiziki prinsiplərə əsaslanan döyüş sistemlərindən gedir”.


Oxunma sayı: 2850

Oxşar yazılar