Şabranda yanğın səbəbindən fövqəladə vəziyyət elan olundu – 9 kəndin qaz təchizatı dayandırıldı

  • 21:19 - 15 Avqust

Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Avropa.info xəbər verir ki, bu barədə”Azəriqaz” İstehsalat Birliyindən məlumat verirlib.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Oxunma sayı: 3191

Oxşar yazılar