İsti hava BU TARİXƏDƏK davam edəcək

  • 15:48 - 15 Avqust

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 20-dək davam edəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avropa.info-ya verilən xəbərə görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40, rayonlarda 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nin bəzi yerlərində 41-42, dağlarda isə 27-32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Avqustun 14-də ölkə ərazisində havanın temperaturu iqlim normasından 3.8 dərəcə çox olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38.5, aran rayonlarında isə 40.3 dərəcəyə çatıb.

"Aparılan çoxillik müşahidələrə görə, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42.6 dərəcə qeydə alınıb".

Avqustun 16-na gözlənilən hava şəraiti də açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.


Oxunma sayı: 1508

Oxşar yazılar