"Manax" peşman olub, Çavuşyan isə silahsız qalıb: Ermənistan 2 illik cəsədləri niyə Finlandiyaya göndərib? - ŞOK DETALLAR

  • 12:30 - 14 Avqust

"Vətəndaşlar arasında erməni dilinə maraq getdikcə artmaqdadır. Maraqlısı budur ki, qızlar oğlanlara nisbətən daha çox müraciət edirlər və bu dili daha yaxşı qavrayırlar".

Bunu musavat.com-a müsahibəsində Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi deyib. 

296730057_729160028514566_5173306622593458089_n.jpg (53 KB)

Avropa.info müsahibəni təqdim edir: 

- Vətəndaşlar arasında erməni dilinə maraq necədir? Bu dili bilməyin bizimçün hansı üstünlükləri var?

- Hazırda erməni dilində yüzlərlə Azərbaycan, türk və fars sözləri mövcuddur. Baxmayaraq ki, onlar bunu danırlar və öz dillərinin dünyada ən möhtəşəm dil olduğunu deməyə çalışırlar, istənilən erməni öz danışığında məsələn, 20-yə qədər cümlə işlədirsə, orada 15-20 Azərbaycan, türk və ya fars sözlərindən istifadə edir. Xüsusilə Birinci Qarabağ müharibəsindən sonra bizdə ermənilərin dilinə maraq yarandı və bu, olmalı idi. Çünki biz düşmənin dilini öyrənməli idik, əks halda onlara qarşı mübarizə çox çətin olacaqdı.

Erməni dilini öyrənməyin bizim üçün üstünlükləri çoxdur. Birinci, onların kəşfiyyat əməliyyatlarının açılması, öyrənilməsi, ikinci, düşmənin dilini bilməməyimizdən istifadə etmələri bizə çox ağır başa gəlmişdi. Birinci Qarabağ müharibəsində bir sıra döyüşlərdə onlar bizi öz dilimizdə aldadaraq qalib gəlmişdilər. Onlar bizim dili mükəmməl bilirlər. Çünki şərqdən Türkiyə televiziyasına, qərbdən isə Azərbaycan televiziyasına baxırlar. Uşaq vaxtından öyrənməyə başlayırlar. Hazırda elə ermənilər tanıyıram ki, adlarını azərbaycanşünas qoyublar və politoloq kimi Ermənistanda fəaliyyət göstərirlər. Bizim üçün erməni dilini bilməyin daha bir üstünlüyü ondan ibarətdir ki, onlar bizimlə üzbəüz gəldikdə və yaxud mətbuatda, digər yayım vasitələrində haqqımızda məxfi məlumatları danışa bilmirlər. Çünki başa düşürlər ki, biz onların dilini bildiyimizə görə o sözləri uydurmaq mümkün olmayacaq və onların uydurmaları bizim tərəfimizdən ifşa olunacaq. Erməni dilini öyrənmək üçün 2012-ci ildən başlayaraq Bakı Dövlət Universitetində Prezidentin tapşırığı ilə imtahanlar keçirilməyə başlanmışdı. İmtahan verənlər arasında mən də olmuşam. 1989-cu ilə qədər mən erməni siyasətində fəal çalışanlardan biri olmuşam. Partiya xəttində, komsomolda və s. 13 il bu sahədə çalışdığıma görə məcburiyyət qarşısında erməni dilini öyrənmişəm. Çünki onlarla başqa dillərdə danışmağa icazə vermirdilər. Həmin imtahanda ilk onluğa düşdüm və BDU-da erməni dili sahəsində mütəxəssis kimi çalışmağa başladım, sonradan isə müəllim kimi fəaliyyət göstərdim. Hazırda Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoruyam.

Müharibə ilə əlaqədar erməni dilini öyrənmək istəyənlərin sayı artıb. Maraqlısı budur ki, qızlar oğlanlara nisbətən daha çox müraciət edirlər və bu dili daha yaxşı qavrayırlar. Onlar yaxşı bilirlər ki, istər mətbuatda, istər güc nazirliklərində, istərsə də erməni sənədlərinin tərcüməsində fəal iştirak etməklə yüksək maaşla işlə təmin oluna bilərlər.

- Erməni sözünün türk mənşəli olduğunu demisiniz...

- Erməni sözünün türk mənşəli olduğunu bir neçə yerdə demişəm. Əsasən ərman sözündən yaranıb. Türklər onlara erməni adlarından armen, arman, armani sözləri ilə müraciət etdiklərinə görə ermənilər bundan belə istifadə ediblər, nə yaxşı ki, bunları hay yox, armen, ərməni adlandırıblar. Çünki ta qədim dövrlərdə Orta Şərqdə Armeniya mövcud olub. Amma erməni tarixçi Filip Ekozyans bir neçə dəfə təsdiq edib ki, bu dövlətin ermənilərə heç bir aidiyyəti yoxdur.

756d5f58ef3ef79eb6899eeb5e9e22ad.jpg (190 KB)

Armeniya 4 krallıqdan və fərqli millətlərin birləşməsindən ibarətdir. Bundan məharətlə istifadə edərək bu gün də bütün dünyaya yayırlar ki, Armeniya dövləti ermənilərə məxsus olub. Bunu təkcə Filip Ekozyans yox, hətta amerikalı erməni araşdırmaçısı Armen Melikyan da təsdiqləyib. O, 2011-ci ildə Ermənistana gedib və erməni xalqının adət-ənənələri, məişəti və s.-lə maraqlanmağa başlayıb. Serj Sarkisyanın dövründə o, dəhşətə gəlib, 2 il Ermənistanda qaldıqdan sonra - 2013-cü ildə yazdığı məqaləsində açıq şəkildə deyib ki, erməni xalqı donuzdur, erməni xalqı əxlaqsızdır, bu xalqa qarşı heç bir soyqırımı olmayıb. Sarkisyan onu axtarışa vermişdi. Melikyan ABŞ-a qayıtdıqdan sonra Amerika dövləti Serj Sarkisyana kəskin cavab vermişdi ki, biz öz vətəndaşımızı sizə təhvil verə bilmərik.

 - Ermənilər avqustun 25-nə kimi Zabuxdan çıxmalıdır.

- Qondarma erməni rəhbərliyinin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanımyan elan edib ki, 44 günlük müharibə ərzində Kəlbəcərdə etdikləri hərəkətləri - evlərin yandırılması və s. heç vaxt burada edə bilməyəcəklər. Əgər etsələr, onlara kompensasiya, ev tikintisi üçün şəhadətnamə və yardım verilməyəcək. Bu, ermənilər tərəfindən dəhşətlə qarşılandı və bunun onlara bir həqarət olduğunu bildirdilər. Bu hərəkata İrəvandakı müxalifət – başda "Daşnaksütyun" partiyası və onun rəhbərliyi də qoşuldu. Bu hərəkata "Manax" ləqəbli terrorçu Artur Ayvazyan da qoşulmuşdu. O, erməniləri Azərbaycana qarşı müharibəyə səsləyirdi. Onlar hakimiyyət tərəfindən rədd cavabı aldıqdan sonra "Manax" dediyi sözlərə görə peşman olduğunu bildirdi və dedi ki, biz istəyirdik ki, avtomatlarla silahlanaq, hökumət ən azından bizi bununla təmin etsin, türklərə qarşı yenidən müharibəyə başlayaq. Lakin sonradan o, yaxşı başa düşdü ki, Azərbaycan ordusuna qarşı avtomatlarla silahlanmaq axmaqlıqdan başqa bir şey deyil. Buna görə də sözünü danaraq "heç olmasa topdan-tüfəngdən, yüksək keyfiyyətli silahlardan versəydilər, biz gedib vuruşa bilərdik. Yoxsa biz ölümə getmiş olarıq" dedi.

Srağagün Zabux kəndinə xaricdən gələn 6 erməninin çıxışını izlədim. Onlar Livan, Suriya, ABŞ və Rusiyadan gəlmiş ermənilərdir. Onlar özlərini elə aparırlar ki, guya bura ata-baba yurdlarıdır.

lacin_terk1659950236.jpg (77 KB)

Zabuxun rəhbəri Andranik Çavuşyan əvvəllər deyirdi ki, mən ölsəm də, burada öləcəm. Rusiya sülhməramlıları bizim tələblərimizi nəzərə alaraq onun avtomatla gəzməsinə qadağa qoyduqdan və Laçın hadisələri başladıqdan sonra deyir ki, mən Qarabağdan getməyəcəm. O bildirir ki, 5 uşağı ona görə dünyaya gətirib ki, Qarabağda ermənilərin sayı artsın və övladları gələcəkdə onun yolunu davam etdirsinlər.

1660138016_1660137361_image_750x_62f383ea2f8a8.jpeg (29 KB)

- Ermənilərlə birgə yaşayış mümkündürmü?

- Hazırkı dövrdə ermənilərlə birgə yaşayış mümkün deyil. Baxmayaraq ki, 70 il ərzində biz onlarla birlikdə yaşamışıq, onlar bizə milliyyətcə azərbaycanlı olduğumuzu deməyiblər. Bizim millətə həmişə yuxarıdan aşağıya baxıblar. Birinci Qarabağ müharibəsində demişdilər ki, azərbaycanlılar zəif millətdir. Biz istədiyimiz vaxt onlara qalib gələ bilərik. Lakin 44 günlük müharibədə bütün bunlar öz əksini göstərdi. Göstərdi ki, Azərbaycan xalqının yumruğu necə ağır olurmuş.

Onlar arasında bizimlə yaşamaq istəyənlər də olacaq. Onlardan 3 nəfəri Azərbaycan vətəndaşlığı üçün Prezident İlham Əliyevə müraciət edib.

7589f0f977cd6307676fed8c499e19e1.jpg (47 KB)

Ermənilər bildiriblər ki, onlardan birinin psixoloji problemləri var və o, Gürcüstan vətəndaşıdır. Digər ikisi isə müharibə başlayandan blogerliklə məşğul olurdu və ermənilərin əksinə danışırdı, onların tarixlərinin saxta olduğunu və azərbaycanlılara nəsə edə bilməyəcəklərini deyirdi. Onlardan biri hazırda Türkiyədə yaşayır. Azərbaycan vətəndaşı kimi Xankəndidə yaşamaq istədiyini bildirir.

Ermənilərlə birgə yaşayacağımız halda biz çox ehtiyatlı olmalıyıq. Sovet dövründə biz onlarla nə qədər mehriban yaşasaq da, onlar əlaltından öz işlərini görürdülər. Bizi təhqir edirdilər, müxtəlif vasitələrə əl atırdılar, təxribatlar törədirdilər. Onlar daim nəzarətdə olmalıdırlar. Dəmir yumruq daim başlarının üstündə olmalıdır. 

- Erməni mətbuatının məlumatına görə, Ermənistanın tibb mərkəzlərinin soyuducularında 44 günlük müharibədə ölən əsgərlərin cəsəd qalıqları hələ də qalmaqdadır.

- Onlardan 70-ə yaxınının cəsədlərinin DNK-sını Finlandiyaya göndəriblər. Özləri buna inanmadığı kimi, mən də DNK testindən 2 illik çoxsaylı erməni cəsədlərinin hansı ailələrə mənsub olduğunun təsdiq olunacağına inanmıram.

294996788_2026895660816073_8438799196869950419_n.jpg (63 KB)

 - Erməni mətbuatının yazdığına görə, "artsax"da doğuş sayı artıb...

- Qarabağda, Ermənistanda belə bir kampaniya irəli sürülüb ki, 44 günlük müharibədə ölən ermənilərin ruhunun şad olunması üçün onların yaşlı valideynləri yenidən övlad dünyaya gətirirlər və oğlan olduqda ölən uşaqlarının adını qoyurlar.

296192566_2032779820227657_1111588600286956210_n.jpg (70 KB)

Məqsəd odur ki, əhalinin sayını artırsınlar. Mən onlarla bəzi yazışmalarımda bildirmişəm ki, necə ki, 90-cı illərdə belə bir hərəkət etdiniz, dırnaqarası qalib gəldiniz, 90-cı illərdə anadan olan uşaqlar 44 günlük müharibədə məhv edildi, eyni kampaniya nəticəsində indiki uşaqlar bir neçə ildən sonra əgər Azərbaycana qarşı müharibəyə başlasa, yenidən məhv ediləcəklər. Onlar uduzmuş bir tərəf kimi bizə qarşı istədikləri kimi hərəkət edə bilməyəcəklər.


Oxunma sayı: 3488

Oxşar yazılar