Türkiyə Silahlı Qüvvələrindən ƏMƏLİYYAT: Təxribat törətməyə hazırlaşan 9 YPG terrorçusu MƏHV EDİLDİ
- 12:39 - 10 Avqust
Türkiyə Silahlı Qüvvələri 9 YPG terrorçusunu (PKK-nın Suriya qanadı - red.) zərərsizləşdirib.
Avropa.info bildirir ki, bu barədə avqustun 10-da Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, terrorçular təxribat törətmək məqsədilə Mardin vilayətində Suriya-Türkiyə sərhədini qanunsuz olaraq keçməyə cəhd ediblər.
Nazirlik Türkiyə ordusunun terrorçulara qarşı qətiyyətli mübarizə aparmağa davam edəcəyini vurğulayıb.