Çempionlar Liqası: "Qarabağ" pley-off oyunlarının təqvimi açıqlanıb

  • 12:33 - 10 Avqust

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Avropa.info "report"a istinadən xəbər verir ki, "köhlən atlar" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Oxunma sayı: 8702

Oxşar yazılar