Zelenski Ukrayna xalqına MÜRACİƏT ETDİ: Rusiya ilə müharibə belə bitməlidir

  • 11:18 - 10 Avqust

Rusiyanın Ukraynaya və bütün azad Avropaya qarşı müharibəsi Krımdan başladı və Krımın azad edilməsi ilə bitməlidir. 

Avropa.info xəbər verir ki, bunu çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi videomüraciətində deyib. 

“Həmişə Avropanın ən yaxşı yerlərindən biri olan və olacaq yarımadamızı Rusiya Avropanın ən təhlükəli yerlərindən birinə çevirib. Rusiya Krıma kütləvi repressiyalar, ekoloji problemlər, iqtisadi dalan və müharibə gətirdi”, - deyə o bildirib. 

Zelenskinin sözlərinə görə, “tarixçilər nə vaxtsa Rusiyanın Krımı terror üçün istifadə etməsi nəticəsində neçə nəfərin öldürüldüyünü müəyyən edəcəklər”. 

“Rus işğalçılarının Krımda olması bütün Avropa və qlobal sabitlik üçün təhlükədir. Krım işğal olunarkən Qara dəniz bölgəsi təhlükəsiz ola bilməz. Rusiya yarımadamızı öz hərbi bazası kimi istifadə edə bildiyi müddətcə Aralıq dənizi sahillərindəki bir çox ölkədə sabit və davamlı sülh olmayacaq”. 

Zelenski Krımın azad edilməsi üzrə iş üçün əsas diplomatik platforma olan Krım Platformasını xatırladıb: 

“Krım platforması bu il də işləyəcək. Biz artıq bu sammitə hazırlaşırıq”. 

Onun sözlərinə görə, “dünya 1914-cü ildə Rusiyanın ilk aqressiv addımlarına dolğun cavab verməmək qərarına gələndə səhv olduğunu etiraf etməyə başlayır”.


Oxunma sayı: 3532

Oxşar yazılar