"Ferentsvaroş" - "Qarabağ" matçında insident baş verib

  • 00:12 - 10 Avqust

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda insident baş verib.

Avropa.info-nun "report"a istinadən məlumatına görə, 83-cü dəqiqədə "köhlən atlar"ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb.

Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib.

Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda 2-ci hissə oynanılır və hesab "Qarabağ"ın xeyrinədir - 3:1.


Oxunma sayı: 6117

Oxşar yazılar