Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması protokollarını imzaladı
- 10:58 - 10 Avqust
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edən protokolları imzalayıb.
Avropa.info xəbər verir ki, imzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.
"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə görmək istədiyimiz gələcəyi formalaşdıracağıq ", - ABŞ prezidenti bildirib.