Estoniya və Finlandiyadan Avropaya ÇAĞIRIŞ: "Ruslara turist vizalarının verilməsini dayandırın!"

  • 23:54 - 09 Avqust

Estoniya və Finlandiya Avropa ölkələri tərəfindən Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasının tərəfdarıdır. 

Avropa.info xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaja Kallas tvitter hesabında yazıb. 

“Ruslara turist vizalarının verilməsini dayandırın. Rusiyadan turizmə son qoymağın vaxtıdır”, - deyə o bildirib

Kallas həmçinin bildirib ki, Avropaya səfər etmək "insan hüququ deyil, imtiyazdır". 

Finlandiyanın baş naziri Sanna Marin də rus turistlərə qoyulan məhdudiyyətləri dəstəkləyib. 

YLE telekanalına daanışan Marin deyib ki,  Rusiyanın Avropada başlatdığı amansız müharibə fonunda Rusiya vətəndaşlarının Avropada normal həyatı və turist səfərləri düzgün addım deyil.


Oxunma sayı: 2707

Oxşar yazılar