Rusiya Bolqarıstanın 14 diplomatını ölkədən çıxarır

  • 23:25 - 05 Avqust

Bolqarıstanın Moskvadakı səfiri Atanas Kristin Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib. Ona Rusiya diplomatik missiyasının Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinin 14 əməkdaşının persona non-qrata elan edilməsi barədə notası təqdim edilib. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, qərar 70 rusiyalı diplomatın Bolqarıstandan çıxarılmasına, Rusiyanın Bolqarıstanda diplomatik və inzibati-texniki işçilərinin sayına kvotaların tətbiqinə, habelə Rusedəki Baş Konsulluğun bağlanmasına cavab olaraq qəbul edilib. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, əks məhsuldar addımların nəticələrinə görə məsuliyyət tamamilə Kiril Petkovun rəhbərlik etdiyi Bolqarıstan hökumətinin üzərinə düşür. 

İyunun 28-də Bolqarıstan rəhbərliyi 70 rusiyalı diplomatı və diplomatik korpusun texniki işçilərini, o cümlədən nazir müşaviri Filipp Voskresenskini, həmçinin Rusiyanın Varna və Rusedəki baş konsulları Vladimir Klimanov və Rusiya XİN-in direktoru Andrey Qromovun ölkədən çıxarılması barədə qərar qəbul edib. Kadr çatışmazlığı səbəbindən Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq xidməti və Rusiyanın Varna və Rusedəki baş konsulluqları öz işini qismən dayandırıb.


Oxunma sayı: 5182

Oxşar yazılar