Şagirdlərə Xamneyiyə həsr olunmuş “mərsiyə” ifa etdirən müəllimdən növbəti TƏXRİBATÇI ÇAĞIRIŞ - CƏZALANACAQMI? (FOTOFAKT)

  • 19:07 - 04 İyul

Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İranıın dini lideri Əli Xamneyiyə həsr olunmuş “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirməsi məsələsi yenidən aktuallaşıb.

Avropa.info xəbər verir ki, bununla bağlı yayılan videogörüntülərdə müəllimin açıq şəkildə İranı təbliğ etməsi və masasında Azərbaycan bayrağının tərsinə qoyması diqqət çəkib.

Yayılan görüntülərdən sonra Yevlax Təhsil Şöbəsi müəllimlə söhbət aparıb və qadın pedaqoqun izahatı alınıb. Amma Nailə Babayeva ilə bağlı hər hansı cəza tədbiri görülməyib.

Nailə Babayeva növbəti dəfə “Facebook” hesabında din pərdəsi adı altında Azərbaycan və Türkiyəyə qarşı ittihamları ilə gündəmə gəlib. Eyni zamanda təxribatçılıqla məşğul olaraq, “Azərbaycanda şiə qətliamı gözlənilir” kimi saxta iddialarla insanların düşüncələrini qarışdırmağa çalışıb.

Ümid edirik ki, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi məsələni nəzarətə götürəcək. 


Oxunma sayı: 14257

Oxşar yazılar