DİN polis əməkdaşının ölümü ilə bağlı açıqlama yaydı

  • 10:40 - 03 İyul

Daxili İşlər Nazirliyi polis əməkdaşı Samir Zamanpurun vəfatı ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 9054

Oxşar yazılar