İMZALAR ATILDI! Pakistan Türkiyədən həm "AKINCI" və həm də "Bayraktar TB2" PUA-ları aldı

  • 01:08 - 30 İyun

Pakistan Türkiyədən “AKINCI" və “Bayraktar TB2" PUA alır.  

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mediası Müdafiə Sənayesindəki qaynaqlara istinadən məlumat yayıb. 

Məlumata görə, Pakistan "Baykar" şirkətinin istehsalı olan hər iki PUA-da sifariş edib.

Əldə edilən məlumata görə, "Baykar" indiyədək 4 ölkəyə "Akıncı" PUA, 22 ölkəyə isə "Bayraktar TB2"  ixracı üçün müqavilə imzalayıb. Pakistan Türkiyədən sonra inventarında həm "AKINCI" , həm də "Bayraktar TB2" olan azsaylı ölkələrdən biri olacaq.  


Oxunma sayı: 4533

Oxşar yazılar