NATO-nun keçmiş baş katibi etiraf etdi: "Türkiyənin vazkeçilməz bir mövqeyi var" – FOTO

  • 21:43 - 29 İyun

Türkiyənin terrora qarşı düzgün mövqeyi Qərbi geri addım atmağa vadar etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə qətiyyətli münasibəti NATO tərəfinin Türkiyənin tələblərinə boyun əyməsi ilə nəticələndi. 

Avropa mətbuatı NATO Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında imzalanan Üçtərəfli Memoranduma geniş yer versə də, prosesi “Türkiyənin istədiyini əldə etməsi uğuru” kimi dəyərləndiriblər. 

Avropa.info xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən NATO-nun keçmiş baş katibi Yaap De Hoop Sxeffer Türkiyənin NATO baxımından "inanılmaz dərəcədə əhəmiyyətli" bir mövqeyə sahib olduğunu vurğulayaraq, "Türkiyənin belə bir əvəzedilməz mövqeyi olmasaydı, biz ona təzyiq edə bilərdik. Ancaq Türkiyə coğrafi mövqeyinə görə bizi təzyiq altında saxlayır", deyib. 

Hollandiya Televiziyasına (NOS) danışan keçmiş baş katib, "Görəsən, Türkiyənin bunun müqabilində hansı dəyəri alacaq. Çünki bu, yalnız Finlandiya və İsveçin PKK terrorçularına və ekstremizmə qarşı bir az sərtləşməsi ola bilməz", - deyə bildirib. 

Yaap de Hoop Sxeffer, Madriddə keçirilən NATO sammitinin alyans daxilində həmrəylik və Rusiyaya veriləcək mesajlar baxımından da əhəmiyyətli olduğunu ifadə edərək, Ukraynanın müstəqilliyini bərpa edə bilməsi və Putin administrasiyasının müharibəni uduzması üçün silah dəstəyinin davam edəcəyini vurğulayıb.


Oxunma sayı: 1145

Oxşar yazılar