Ərdoğanla Bayden arasında kritik danışıqlar başa çatdı - Liderlərdən SON DƏQİQƏ AÇIQLAMALARI (YENİLƏNİB)

  • 21:37 - 29 İyun

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

Avropa.info xəbər verir ki, iki liderin görüşü təxminən 1 saat 15 dəqiqə davam edib.

***

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Madriddə keçirilən NATO Liderlər Zirvəsinə qatılıb. 

Avropa.info xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Co Baydenlə ikitərəfli görüş keçirir.

Təkbətək görüşdən əvvəl Bayden Ukraynada saxlanılan və limanlardan çıxarıla bilməyən taxılı dünya bazarlarına çatdırmaq üçün gördüyü “müdhiş işə” və “İsveç və Finladiyanın NATO-ya üzvlük prosesinin irəliləməsinə imkan verdiyinə görə” Ərdoğana təşəkkür edib. 

Bayden, "Əla iş görürsən. Mən sizə təşəkkür etmək istəyirəm", deyib. 

Ərdoğan isə, "Yenidən bir araya gəlməkdən məmnun olduğumu ifadə etmək istərdim. NATO Zirvəsi gündəmi baxımından çox yüklü bir zirvə oldu. Bu zirvədə yenidən görüşümüzə qayıtmaq fürsətimiz olacaq. Ölkəmizlə sabah da davam edəcək işlərimiz var. NATO-nun güclənməsi istiqamətində atılan addımlarda, xüsusilə Rusiya-Ukrayna böhranı müzakirə ediləcək. Ümidimiz Rusiya-Ukrayna məsələsində taxıldakı irəliləyişlərdir. Bundan başqa, yanacaqla bağlı irəliləyişdir. Davam edirik. Bu məsələdə balans siyasəti ilə prosesi davam etdiririk. Ümid edirik ki, taxıl məsələsində ən qısa zamanda nəticə əldə edəcəyik, hazırda bundan əskik olan ölkələrə dəhliz açılacaq. Bir şans verək", - deyə bildirib. 

Daha sonra mətbuat mənsubları otaqdan çıxarılıb və iki lider təkbətək görüş keçirib. 

Dünən imzalanan razılaşmadan sonra Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra bu gün keçiriləcək ikitərəfli görüşdə iki ölkənin digər kritik məsələləri müzakirə edəcəyi gözlənilir. 

Rusiyanın Ukraynaya müdaxiləsi masada duran ən mühüm məsələlərdən biridir. 

Digər kritik məsələlərdə ABŞ-ın Türkiyəyə F-16 təyyarələrinin verilməsinə müsbət yanaşdığı halda, Bu görüşün sonunda PKK/YPG-yə dəstəyin dayandırılması gözlənilmir. 

Bayden və Ərdoğan sonuncu dəfə 2021-ci ilin oktyabrında İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti çərçivəsində ikitərəfli görüş keçiriblər.


Oxunma sayı: 1200

Oxşar yazılar