Bayden Türkiyə, Finlandiya və İsveçi təbrik etdi

  • 19:16 - 29 İyun

ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gələn Türkiyə, İsveç və Finlandiyanı təbrik edib. 

Avropa.info xəbər verir ki, Bayden Tvitter hesabında Ağ Evdə Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Anderssonla görüşü zamanı çəkilmiş şəkli paylaşıb. 

"Mən Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirəm. Bu, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsində çox mühüm addımdır, bu addım bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizlik səviyyəsini yüksəldəcək. Biz NATO sammitinə start veririk.Bu, əla başlanğıcdır”, - Bayden yazıb. 

Xatırladaq ki, iyunun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında dördtərəfli görüşdən sonra Türkiyə, Finlandiya və İsveç üçtərəfli memorandum imzalayıb. 

NATO sammitinin keçirildiyi Madriddəki İFEMA Konqres Mərkəzində keçirilən Dördlü toplantıdan sonra hazırlanan Üçtərəfli Memorandumu xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde imzalayıb. 

İmzalanma mərasimi Türkiyə prezidenti Ərdoğan, Finlandiya prezidenti Niinistö, İsveçin baş naziri Andersson və NATO-nun baş katibi Stoltenberqin iştirakı ilə baş tutub.


Oxunma sayı: 2806

Oxşar yazılar